İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb. İSST Suyun mənbələrdən götürülməsi, emalı, nəqli, anbarlanması və paylanmasını təşkil edir, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Xidmət içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini təmin edir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ölkə üzrə 1823757 abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir. Bunların 1750522-i əhali, 73235-i isə qeyri-əhali abunəçiləridir. 

Ölkə üzrə abonentlərin 79,5 faizi, Bakı şəhəri üzrə 82 faizi, regionlarda isə 73,3 faizi fasiləsiz içməli su ilə təmin olunur.

Xidmətin balansında 21000 km uzunluğunda su, 10500 km uzunluğunda kanalizasiya və yağış suları xətləri mövcuddur.

Hazırda respublikanın bir sıra şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri icra olunur. 

 

Fəaliyyət istiqamətləri:

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təminatını həyata keçirir.

Yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərir.