955 Çağrı Mərkəzi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 955 Çağrı Mərkəzi vətəndaşların şikayət, təklif və sorğularının operativ şəkildə qəbul edilməsi və lazımi tədbirlərin görülməsi məqsədilə fəaliyyət göstərir. Çağrı Mərkəzi su təsərrüfatı sahəsində səmərəli idarəetmənin təmin edilməsi və vətəndaş məmnuniyyətinə nail oluması məqsədi ilə qabqacıl texnologiyalardan yararlanmaqla təşkil olunub. Mərkəzə daxil olan hər bir müraciət dərhal qiymətləndirilir və həlli istiqamətində müvafiq tədbirlər görülür. Çağrı Mərkəzi 7 gün 24 saat fasiləsiz vətəndaşlarımızın xidmətində dayanır.

955 Çağrı Mərkəzi aşağıdakı məsələlərlə bağlı müraciətləri cavablandırır:

  • İçməli su təminatı
  • Su təchizatına aid texniki məsələlər
  • Sayğaclarla bağlı məsələlər
  • Müştəri xidmətləri və borclar
  • Su və kanalizasiya infrastrukturu
  • Suvarma və suvarma sistemlərinə aid məsələlər
  • Agentliyin fəaliyyət istiqamətlərinə aid digər məsələlər