Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti

Fəaliyyət istiqamətləri:

Su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirir.

Sudan istifadə limitlərinə nəzarəti həyata keçirir.

Su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji və texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara nəzarəti həyata keçirir.

Su mühafizə zonalarının ərazisindən istifadə rejiminə nəzarəti həyata keçirir.

Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir.

Su və su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirir.