Kollektorlar

Respublikanın suvarılan torpaqlarının 43 faizində (610.7 min hektar) kompleks meliorasiya işləri aparılmışdır. 277.3 min hektar sahə açıq, 320.4 min hektar sahə örtülü, 13 min hektar sahə şaquli drenaj şəbəkələri ilə əhatə olunmuşdur.

Drenləşmiş sahələrdə abunəçiyə su təchizatı və kanalizasiya xidməti göstərir. Bunların 12761 km açıq, 9269 km qapalı drenaj şəbəkələri, 6683 ilkin yığıcı kollektorlar, 4302 km magistral və təsərrüfatlararası kollektorlar (cəmi 33015 km) tikilib istifadəyə verilmişdir.

Respublikamızın meliorasiya olunmuş ərazilərindən drenaj suları 3 əsas magistral Baş Mil-Muğan, Baş Şirvan və Muğan Salyan kollektorları ilə Xəzər dənizinə axıdılır.

Kollektor adı İstismara verildiyi il Uzunluğu, km Suburaxma qabiliyyəti, m³/s. Xidmət etdiyi sahə, min ha Drenaj suları axıdılır
Baş Mil-Muğan kollektoru 2006 42 107 500 Xəzər dənizi
Baş Şirvan kollektoru 1965 215,7 72 281 Xəzər dənizi
Muğan-Salyan suötürücüsü 1953 100,9 36 77 Xəzər dənizi
Mil-Qarabağ kollektoru 1965 152 25 115 Baş Şirvan kollektoru