Tikilməkdə Olan Obyektlərin Müdriyyəti

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli Fərmanı ilə “Azmelsutəsərrüfat” ASC-nin “Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti”nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmışdır.

Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdriyyətinin əsası 1959-cu ildə qoyulmuşdur. Onun bazasında yaradılmış “TOOM” PHŞ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2024-cü il tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq, su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin və bunlarla bağlı digər obyektlərin inşası, yenidən qurulması və bərpası ilə bağlı satınalmaları təşkil etməklə, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitin idarə edilməsində səmərəliliyin təmin edilməsi və tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinin təmin olunması istiqamətində fəaliyyət göstərir.

Müdiriyyət ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyəti dövründə əmək kollektivi tərəfindən əldə olunmuş nailiyyətlər və uğurlara görə əməkdə fərqlənən 6 nəfər əməkdaşı Azərbaycan Respublikası “Əməkdar Mühəndisi” fəxri adı ilə, 2 nəfər əməkdaşı “3-cü dərəcəli Əmək Ordeni” ilə, 16 nəfəri isə “Tərəqqi” Medalı” ilə təltif olunmuşlar.