Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sudan səmərəli istifadə, su ehtiyatlarının qorunması və innovativ texnologiyanın tətbiqi sahələri üzrə müxtəlif ölkələrin aidiyyatı qurumları və mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq həyata keçirir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə müvafiq sahələr üzrə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, bilik və təcrübə mübadiləsinin aparılması, eləcə də innovativ yanaşmaların tətbiqi məqsədilə intensiv işlər görülür.
Gəncə şəhərində su təchizatının modernləşdirilməsi, kanalizasiya və yağış sularının idarə edilməsinin yaxşılaşdırılması, həmçinin sutəmizləyici qurğuların tikintisi layihəsi.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu və Beynəlxalq Su İdarəetmə İnstitutu (IWMI) arasında su təhlükəsizliyi və su ehtiyatlarının inteqrasiyalı idarə olunması sahəsində əməkdaşlıq məqsədilə Anlaşma Memorandumu imzalanıb.
İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Agentlik müqaviləsi, “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Əks Əlaqə Texniki Yardım Qrant Sazişi Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi” və “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.
• Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsinə texniki məsləhətçi xidmətinin təmin edilməsi.
• Azərbaycanda suvarma və drenaj infrastrukturunun təşkili və bərpası
• Təsərrüfatdaxili suvarma suyunun paylanması və idarə edilməsinin effektivliyini və maliyyə dayanıqlığını artırmaq layihəsi
• Sudan İstifadəedənlər Birliklərinin inkişafına dəstək layihəsi
• Azərbaycan Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində Azərbaycanda Su Təhlükəsizliyinin Təkmilləşdirilməsinə Dəstək üzrə Texniki Yardım layihəsi
• İnfrastruktur, su menecmenti və suvarma kimi sahələrdə aparılan təlimlərə texniki yardım göstərməklə suvarma idarəçiliyinin keyfiyyətinin və davamlılığının yaxşılaşdırılması layihəsi
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı üzrə Mərkəzi İxtisaslaşmış Agentliyi (IFAD)