Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi dövlət qulluğuna aid struktur bölmələrində işə qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, dövlət qulluğu iddiasında olan şəxslər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan test imtahanında iştirak edərək müvafiq sertifikat əldə edir, sözügedən Mərkəzin saytında Agentliyin müsabiqə üzrə müsahibəyə çıxarılmış vakant vəzifələrindən təhsilinə və sertifikatına uyğun olanı seçərək müsahibədə iştirak edir. Müsahibədə uğurla iştirak edən namizədin sənədləri vakant vəzifəyə təyin edilməsi məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur. Həmçinin dövlət qulluğunda 5 il iş stajı olan şəxslər dövlət qulluğu vəzifəsinə təyin olunmaq üçün qanunvericiliyə uyğun olaraq ümumi müsahibədə iştirak edə bilərlər.
2. Qeyri-dövlət qulluğuna aid müəssisələrdə işə qəbula dair
Hər hansı qeyri-dövlət müəssisəsində vakant iş yeri olduqda işə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsi və başqa müvafiq normativ hüquqi aktlar əsasında aparılır.
3. Kadr uçotu
Agentlikdə kadrın müvafiq vakant vəzifədə dəyərləndirilmə aparılması üçün müraciət [email protected] e-poçt ünvanı üzərindən aparılır.