Regional Su Meliorasiya Xidməti

Fəaliyyət istiqamətləri:

Meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərir.

Dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini həyata keçirir.

Balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirir.

Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təminatını həyata keçirir.

Yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərir.