Xəyyam Fəxrəddin oğlu Məmmədov

Xəyyam Fəxrəddin oğlu Məmmədov

Məmmədov Xəyyam Fəxrəddin oğlu 1975-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə bitirmişdir. 

Əmək fəaliyyətinə 1997-ci ildə başlamış, 2020-ci ilədək bir sıra xarici investisiyalı şirkətlərin törəmə müəssisələrində hüquqşünas, baş direktorun müavini və rəhbər vəzifələrdə çalışmış, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında şöbə müdiri vəzifəsində fəaliyyət göstərmişdir.

2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinə baş icraçı direktorun müavini təyin olunmuş, daha sonra baş icraçı direktorun birinci müavini vəzifəsində irəli çəkilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli Sərəncamına əsasən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının üzvü təyin olunmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 may tarixli Sərəncamına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının üzvü təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli Sərəncamına əsasən “Azərsığorta” ASC-nin Direktorlar Şurasının üzvü təyin olunmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini təyin edilmişdir.

Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “ Dövlət idarəçiliyi ” ixtisası üzrə dissertantdır.