Azərbaycan Respublikasında istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri
“İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” AZS 929:2023 dövlət standartına uyğun təyin edilib. 2023-cü ilin aprel ayında təsdiqlənmiş yeni standart BMT-nin “Sərhəddən keçən
su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi” üzrə Konvensiyasının “Su və Sağlamlıq Protokolu”na əsasən hazırlanıb. Bu standart Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisi
tərəfindən təqdim olunan işçi sənədin tövsiyələri, insan istehlakı üçün nəzərdə tutulmuş suyun keyfiyyətinə dair 16 dekabr 2020-ci il tarixli 2020/2184 saylı Avropa Parlamenti və Avropa Şurası Direktivi,
ГОСТ 2874-82, СанПин 2.1.4.1074-02, USEPA standartları nəzərə alınaraq tərtib olunub.