Su ehtiyatlarının idarə edilməsi magistr proqramı üzrə qəbul başlayır
23 Aprel, 2025 | 01:43
Gələcəyin su idarəçisi olmaq istərdizmi?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında su ehtiyatlarının idarə olunmması sahəsində kadr potensialının artırılması məqsədi ilə Memorandum imzalanmışdır.
Memorandum çərçivəsində 2025-2026-cı tədirs illəri üçün “Su ehtiyatlarının idarə edilməsi” üzrə magistr proqramı elan edilmişdir.
İngilis dilində tədris ediləcək proqrama tələbə qəbulu dövlət sifarişi hesabına həyata keçiriləcək və ixtisasa ən yüksək balla qəbul olan ilk beş tələbəyə ADSEA tərəfindən birinci tədris ili ərzində təqaüd ayrılacaq.
Proqramın əsas məqsədi ölkənin su ehtiyatlarının daha səmərəli idarə olunması üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır.
Magistr proqramına aşağıdakı ixtisaslar üzrə bakalavr pilləsində təhsil almış tələbələr qoşula bilərlər:
• Kimya mühəndisliyi • Neft və qaz mühəndisliyi • Sənaye mühəndisliyi • Mexanika mühəndisliyi • Təbiət elmləri
Gələcəyin su ehtiyatları üzrə mütəxəssis olmaq və ölkəmizin strateji resurslarının qorunmasına töhfə vermək istəyirsinizsə, bu fürsəti qaçırmayın!