Təkliflər Sorğusu (RFP): Fotovoltaik (PV) elektrik enerjisi istehsalı sistemi layihəsi

02 Mart, 2025 | 16:29

Layihə: İŞBSTX-PV-2025

Sifarişçi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxs (İŞBSTX)

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə uyğun olaraq, enerjidən səmərəli istifadə və dayanıqlı enerji mənbələrinə üstünlük verilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

 

Bu məqsədlə, Agentliyin tabeliyində olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin balansında olan  “+41” Şərq Yeraltı Su Anbarı ərazisində fotovoltaik (PV) elektrik enerjisi istehsalı sisteminin layihələndirilməsi, maliyyələşdirilməsi, quraşdırılması, istismarı və texniki xidmətin göstərilməsi üzrə bu sahədə ixtisaslaşmış şirkətləri layihədə iştirak etmək üçün dəvət edir. Layihə, ekoloji balansın qorunması, enerji effektivliyinin artırılması və “yaşıl” texnologiyaların tətbiqi istiqamətində mühüm addım hesab olunur.

 

Layihə “Tik-idarə et-Təhvil ver” (BOT) modeli ilə həyata keçiriləcək və müqavilə tələbləri aşağıdakılardan ibarətdir:

  • Layihənin tam maliyyələşdirilməsi.
  • Mühəndislik, Təchizat və Tikinti (EPC) işlərinin idarə olunması.
  • Qurğunun 25 il müddətinə istismarı, istismar xidmətinin təmin edilməsi və daha sonra mülkiyyətin İŞBSTX-ə ötürülməsi.

 

Layihənin məqsədi:

  • İstifadə olunmayan ərazilərdən bərpa olunan enerji istehsalı üçün istifadə.
  • Davamlı və endirimli enerjinin alışı ilə əməliyyat xərclərinin azaldılması.
  • Karbon emissiyalarının azaldılması və ekoloji mühafizənin dəstəklənməsi.

 

İşin həcmi:

  • Layihə üzrə tədqiqat işlərinin aparılması və PV sisteminin layihələndirilməsi.
  • Kapital (CAPEX) və istismar xərclərinin (OPEX) tam maliyyələşdirilməsinin təmin edilməsi.
  • Mühəndislik, Satınalma və Tikintinin (EPC) yerli və beynəlxalq standartlara uyğun icrasının təmin edilməsi.
  • İstismar və Texniki xidmətin (O&M) 25 il müddətində təmin edilməsi.
  • İstismar və Texniki xidmət (O&M) müddətindən sonra mülkiyyəti ISBSTX-ə ötürmək.

 

Uyğunluq Kriteriyaları:

  • İri miqyaslı PV layihələri üzrə təcrübə.
  • Maliyyə imkanlarının mövcud olması.
  • Bərpa olunan enerji üzrə EPC və O&M sahəsində təcrübə.
  • Yerli və beynəlxalq standartlara uyğunluq.

 

Əlaqələndirici şəxslər:

Murad Abışev

E-poçt: [email protected] | Mobil: +994 502151188

Rauf İsmayılov

E-poçt: [email protected] | Mobil: +994 502129482

Sorğuda iştirak etmək üçün son müraciət tarixi: 4 mart 2025, 18:00.

Digər